Ana səhifə / Cəmiyyət / Bakıda BİABIÇILIQ: Hacıbala Abutalıbov görün harda və necə pul necə qazanır? – VİDEO

Bakıda BİABIÇILIQ: Hacıbala Abutalıbov görün harda və necə pul necə qazanır? – VİDEO

Bakının Nobel prospektində “Azure” biznes mərkəzinin qarşısında çox bərbad vəziyyətdə ərazi var. Oranın nə yolu, nə də ki, maşın saxlamaq üçün şəraiti var. Lakin ərazidəki dayanacaqların qiyməti baha olduğu üçün insanlar işə gələrkən maşınlarını həmin yerdə saxlayırdılar.

Criminal.az saytı xəbər verir ki, altı ay əvvəl burada bir-iki maşın saxlayan var idi. Zamanla orada maşın saxlayanların sayı artdı. Çünki dövlətin dayanacaqlarının saatı 1 manatdır. 8 saat işdə olan adamlar maşını saxlamaq üçün hər gün 8 manat pul ödəməlidirlər. Bu ərazidə isə maşın saxlamaq üçün pul tələb olunmadığı üçün hamı maşını orada saxlayırdı.

Ərazidəki maşınların sayı gün-gündən artırdı. Bu gün gördük ki, Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazini “dayanacağa” çevirib. Çöllü-biyabanın ortasında bir dayanacaq nişanı qoyulub. Əraziyə Parkomat qoymağa hazırlaşırlar. Parkomat üçün artıq yer edilib, anker boltlar bağlanılıb. Bakı şəhər icra hakimiyyəti parkinq üçün yer düzəltmir, yol çəkmir, lakin dayanacaq üçün tamamilə yararsız olan bir yerə parkomat qoyur.

Sabah həmin ərazidə yol polisi radar qoysa heç kim təəccüblənməsin…

Teymur Hacıyev

Criminal.az

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın