Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bakıda bağçada BİABIRÇILIQ – “Kasıblar qrupu” yaradıldı

Bakıda bağçada BİABIRÇILIQ – “Kasıblar qrupu” yaradıldı

Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından valideynlər şikayətçidir.

Metbuat.az bildirir ki, narazıçılığa səbəb bağçaya yeni gələn direktorun tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış oduğu yeni qrupa yığır. Valideynlər arasında “Kasıblar qrupu” adlandırılan qrupda yaş fərqli olmayaraq, bütün uşaqlar eyni dərsi keçir. Bu da onlar təhsil səviyyələrinə mənfi təsir göstərir. Bu səbəblə, 20-dən çox valideyn Yasamal rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.
Məsələ ilə bağlı Yasamal rayon 60 nömrəli uşaq bağçası ilə əlaqə saxladıq. Bildirildi ki, direktor mediaya açıqlama vermək istəmir. Problemlə bağlı bağçaya bu gün səhər saatlarında Bakı şəhər İcra Hakimiyyətindən komissiya gəlib. Komissiya direktordan məsələ ilə bağlı açıqlama alıb və gedib.

Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, həmişə olduğu kimi zənglərimizə cavab verən olmadı.

Məsələ diqqətimizdədir…

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …