Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda ata övladını küçədə döydü – VİDEO

Bakıda ata övladını küçədə döydü – VİDEO

Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq.

Bunu Oxu.Az-a açıqlamasında komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir:

“Faktla bağlı valideynə xəbərdarlıq ediləcək və məsələ barədə müvafiq tədbirlər görüləcək”.

Pərviz Əliyev qeyd edib ki, bu cür hadisələr ölkənin nüfuzuna xələl gətirir:

“Dəfələrlə buna qarşı tədbirlər keçirilib. Bu cür faktlar olan zaman araşdırma aparılır. Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq və məlumat veriləcək”.

Qeyd edək ki, Unikal.org saytında övladını döyən atanın videogörüntüləri yerləşdirilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …