Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakıda 9 yaşlı məktəbli döyüldü

Bakıda 9 yaşlı məktəbli döyüldü

Paytaxtın Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə şagirdlərdən biri özünü pis hiss edib, məktəbə təcili tibbi yardım çağırılıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib. Abubəkirov deyib ki, saat 17:02-də məktəbdən çağırış qəbul olunub. Təcili yardım hadisə yerinə cəmi 5 dəqiqəyə çatıb. 9 yaşlı şagird qapalı kəllə-beyin travması diqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində döyülmə izi olub. Uşaq Klinik Tibbi Mərkəzə Təhsil Nazirliyinin nümayəndələrinin müşahidəsi ilə gətirilib. Uşağın həyatı üçün təhlükə yoxdur.

Xəstəxanadan verilən məlumatda isə deyilir ki, uşağın anası da yanındadır. Uşaq evdə döyüldüyünü deyib.

158 nömrəli orta məktəbdən virtualaz.org-a bildiriblər ki, ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.

Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Uşaq evdə atası tərəfindən döyüldüyünü bildirib.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.

Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya  müraciət olunub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …