Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər – VİDEO

Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər – VİDEO

Bakıda 8-9 bal gücündə zəlzələ baş verə bilər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Səbail rayonunun seysmik risklərini tədqiq edərkən bu qənaətə gəliblər.

Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.

Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun “20-ci sahə” və “Bayıl yamacı” adlandırılan əraziləridir.

Layihə çərçivəsində Səbail rayonu ərazindəki tikililərin özüllərinin vəziyyəti və onların zəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.

Gözlənilən zəlzələ zamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun “20-ci sahə” və “Bayıl yamacı” faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …