Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakıda 57 yaşlı qadın 15 il sonsuzluqdan sonra ana olub

Bakıda 57 yaşlı qadın 15 il sonsuzluqdan sonra ana olub

Bakıda 57 yaşlı qadın TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 15 il sonsuzluqdan sonra ana olub.

TƏBİB-dən  bildirilib ki, bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində ETMGİ-nin elmi katibi, həkim mama-ginekoloq t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət edib. Yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib.

Cərrahi doğuş zamanı dölün ayaq gəlişində olması, ciftin sıx yapışması səbəbindən çətinliklə ayrılmasına baxmayaraq əməliyyat uğurla sonlanmış və cinsi kişi olan sağlam körpə dünyaya gəlib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib, ultrasəs müayinəsi zamanı uşaqlıqda heç bir problem aşkar edilməyib.

Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …