Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bakıda 17 mərtəbəli binanın 18-ci mərtəbəsi tikildi – “Quş qanadı” isə söküldü

Bakıda 17 mərtəbəli binanın 18-ci mərtəbəsi tikildi – “Quş qanadı” isə söküldü

Xətai rayonu, Həsən Salmani kücəsi 17-də “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib. 
Qaynarinfo-ya daxil olan məlumata görə, sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18 mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb. 

Əvvəl
Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərin şəhər panaramasına görmçəsinə meaəçilik tərətdiyi üçün quş qanadına bənzər tikilini söküblər. Görüntülərdən də aydın görmək olur ki, sözügedən binada qanunsuz işlər aparılır.
Qanunvericiliyə əsasən, qanunsuz tikintilərin söküntüsü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. 

Sonra
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlama verərək bildirib ki, bu cür icazələrin hər biri Bakı şəhər Arxitektura Komitəsi tərəfindən verilir. İcara Hakimiyyətinin bu gün tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Bütün bu işlər sözügedən qurum tərəfindən həyata keçirilir. 
Qeyd edək ki, “Sahil” MTK əvvəllər Beynelxalq Bankda filial müdiri olmuş və hazırda iş adamı kimi fəaliyyət göstərən Fizuli adlı şəxsə məxsusdur. O Bakıda və bir sıra rayonlarda tikinti obyektlərinin, həmçinin “Səngər Qala Resort Hotel”nin sahibidir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …