Ana səhifə / Cəmiyyət / Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq – Hesabat

Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq – Hesabat

Bu ilin sonunadək Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq.

Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, uçot işi bitmiş 12 rayondan 8-ində rayonların hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. İlin sonuna digər 4 rayonda da (Oğuz, Balakən, Beyləqan və Zaqatala) bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşacaq.

Sumqayıt və Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin hazırlanması işi bu ilin sonuna yekunlaşacaq/Trend.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …