Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bakı sakini hobbisini biznesə çevirdi – VİDEO

Bakı sakini hobbisini biznesə çevirdi – VİDEO

Bakı sakini Rafael Həmidoğlu qeyri-adi dizaynlı velosiped hazırlayır.

10 ildən çoxdur ki, velosiped dizaynerliyi ilə məşğul olan Rafael Həmidoğlu bu işə uşaqlıqdan marağı olduğunu deyir. Həvəskar olaraq başladığı əl işlərini sonradan daha da təkmilləşdirib.

Onun hazırladığı velosiped modelləri çox sərnişin yerli olması, təkər sayının iki, ya da daha artıq olması ilə seçilir. Rafaelin sözlərinə görə, hazırladığı velosipedlərə həddindən artıq maraq var. Bir velosipedi hazırlamağa isə ona cəmi bir neçə gün vaxt lazım olur.

Dizaynerin son hazırladığı velosiped isə həm görünüşü, həm də üzərində istifadə olunan detalları ilə xüsusi olaraq seçilir.

Rafael deyir ki, velosipedlərin hazırlanmasına çox əziyyət çəkdiyindən ilk vaxtlar onları satmaq istəməyib. Lakin sonradan tələbat çox olduğundan hobbisini biznesə çevirib. O, eyni modeldən sadəcə 1 ədəd hazırlayır.

Rafael, gələcəkdə velosiped biznesini daha genişləndirmək və dünya bazarına çıxmaq istəyir.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …