Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bakı Şəhər İcra Hakimiyyətinə bu qadın rəhbərlik edir – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinə bu qadın rəhbərlik edir – FOTO

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynova rəhbərlik edir.Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov baş nazirin müavini təyin edildikdən sonra meriyaya rəhbərliyi müavini həyata keçirir.
Modern.az yazıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var – başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur.
Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl – 20 iyul 2017-ci il tarixində vəfat edib. Və bu günə kimi onun yerinə təyinat olmayıb. R.Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından ölmüşdü. Mərhum 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl – 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …