Ana səhifə / Cəmiyyət / Bakı-Quba yolunda maşın belə yandı — VİDEO

Bakı-Quba yolunda maşın belə yandı — VİDEO

Bakı-Quba yolunun 46-cı kilometrliyində, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində minik avtomobili yanıb.

Şahidlərin sözlərinə görə, avtomobil hərəkətdə olarkən qəfildən alovlanıb. Alov tez bir zamanda avtomobili bürüdüyündən sürücü son anda maşından çıxaraq xilas ola bilib.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, əraziyə gələn yanğınsöndürənlər alovun qarşısını alsa da, avtomobilin yanar hissələri tamamilə yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …