Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakı-Naxçıvan təyyarəsi Zəngəzur üzərində – 28 il SONRA

Bakı-Naxçıvan təyyarəsi Zəngəzur üzərində – 28 il SONRA

Bu gün Bakıdan uçan təyyarə Naxçıvana Zəngəzur üzərindən keçərək eniş edib. 

Bunu “flightradar24” qeydə alıb.

Bakıdan öz ərazilərimizlə birbaşa Naxçıvana uçan “Airbus A320-214” sərnişin təyyarəsi sosial şəbəkələrdə marağa səbəb olub. Sözügedən hadisə sosial şəbəkənin erməni seqmentində də geniş yayılaraq etirazla qarşılanıb. 

Qeyd edək ki, birinci Qarabağ müharibəsinə qədər Azərbaycandan Naxçıvana uçan təyyarələr Sevan gölü ( Zəngəzur ) üzərindən hərəkət edirdi. Müharibədən sonra isə həmin marşrut yerini dəyişmişdi. 

Görünür, Azərbaycanın ikinci Vətən savaşındakı parlaq qələbəsi əvvəlki reallığı geri qaytarıb. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …