Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik – Fotolar

Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik – Fotolar

Bakı Nəqliyyat Agentliyinin Qaradağ rayonu Lökbatan qəsəbəsinə verdiyi yeni avtobuslarda Azərbaycan dilinin normalarına riayət olunmayıb.

Belə ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tabloda orfoqrafiya qaydalarına əməl ediləyib.

“28 May” metrostansiyası–”Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə hərəkət edən müntəzəm marşrut xəttində avobusların elektron tablosunda qeyd olunan elanlarda “ə” hərifi yazılmayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizimyol.info-ya bildirib ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tablolar yeni sistemlə işləyirlər.

“Yeni sistemdir, texniki işlər tam yekunlaşmayıb. Qısa vaxtda tam normal qaydada işləyəcək”,-deyə Mais Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycan əlifbası 32 hərfdən ibarət latın qrafikalı əlifbadır. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …