Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Bakı metrosunda valideynlər uşağı vaqonda unutdu

Bakı metrosunda valideynlər uşağı vaqonda unutdu

“Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib”. 

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, uşaq metronun “Nəriman Nərimanov” stansiyasında tapılıb: “Uşağın valideynləri metronun “28 May” stansiyasında düşüblər və uşaq unudulub. Daha sonra isə uşaq metropoliten və polis əməkdaşları tərəfindən depoya gedən qatarda “Nəriman Nərimanov” metro stansiyasında tapılıb və valideynlərinə təhvil verilib”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …