Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakı metrosunda həyəcanlı anlar: Nə baş verib? – Video

Bakı metrosunda həyəcanlı anlar: Nə baş verib? – Video

Dünən Bakı Metropoliteninin “28 may” stansiyasında gərgin anlar yaşanıb. Stansiyada baş verən qısaqapanma tüstülənməyə səbəb olub. “28 may” metrostansiyasına giriş müvəqqəti məhdulaşdırılıb. Qısa zamanda problem aradan qaldırılıb.

Belə ki, “Xətai” və “Cəfər Cabbarlı” metrostaniyalarında isə təhlükəsizlik səbəbindən müvəqqəti yoxlamalar aparılıb. Metrostansiyada yaranan qəfil tüstülənmə sərnişinlərdə həyəcan yaradıb.

Görüntülər Bakı metropoliteninin “28 may” stansiyasında lentə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi müəyyən olunub. Qısa müddətdə sərnişinlər təxliyyə edilib, stansiya sərnişinlərin üzünə bağlanıb.

Metronun “28 May” stansiyasında baş verən tüstülənmə ilə bağlı Xətai-Cəfər Cabbarlı mənzilində qatarların hərəkəti 1 saatdan çox məhdudlaşdırılıb. Bu müddət ərzində sərnişinlər bu iki stansiyadan istifadə edə bilməyiblər.

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, tüstülənməyə metronun “28 May” stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqavimətinin pozulması nəticəsində yaranan qısaqapanma səbəb olub. Təhlükəsizliyə hər hansı maneə olmadığından 16:09-da “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub. “Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir”,- deyə “Bakı Metropoliteni”ndən bildirilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …