Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakı meriyasının əməkdaşlarından koronavirusa yoluxan var? (AÇIQLAMA)

Bakı meriyasının əməkdaşlarından koronavirusa yoluxan var? (AÇIQLAMA)

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında COVİD-19 testi pozitiv çıxmış şəxs yoxdur.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib. 
M.Hüseynov deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığına əsasən, ayda iki dəfə əməkdaşlar testdən keçirilir:
“Ayın əvvəli və sonunda profiliaktika, həmçinin əməkdaşların sağlamlıqlarının təhlükəsizliyinin təmin olunması məqsədilə koronavirus testi həyata keçirilir. Testlərin keçirilməsi təhlükə tam aradan qalxanadək davam etdiriləcək”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …