Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Bakı meriyası qanunsuz tikililəri sökür (FOTOLAR)

Bakı meriyası qanunsuz tikililəri sökür (FOTOLAR)

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililər söükülür.
BŞİH-dən verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu dörd ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.
Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə, tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …