Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib- Foto

Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib- Foto

02 fevral 2023-cü il tarixdə Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra qonaqlar Sabunçu rayonunun fəal gənclərinin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.


Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Qeyd olundu ki, ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə – Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur.
Sonra tədbir panel müzakirələrlə davam etdi. Tədbirin qonaqları Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Respublikasının Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Elmar Hüseyn, Tibb elmləri doktoru, Professor, Əməkdar həkim Kənan Yusifzadə, Azərbaycanın əməkdar artisti, komediya aktyoru, ssenarist Tahir İmanov və Tibb elmləri doktoru, “Paramed” klinikasının təsisçisi və tibbi direktoru Orxan İbrahimzadə Ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələrini gənclərlə bölüşərək onun böyük lider kimi gənclərə göstərdiyi diqqət və qayğıdan, gənclərin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən söz açdılar.


Tədbir gənclərin ifasında bədii hissə ilə davam etdi.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Gənclər Mərkəzi və Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …