Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi – VİDEO

Bakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi – VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə Bakı şəhərindəki bir sıra binalar və abidələr Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Fonddan Modern.az-a verilən məlumata görə, “Qız Qalası”,  eləcə də “Alov Qüllələri”, “Bakı Kristal Zalı”, Bakı Olimpiya stadionu və digər binalar Azərbaycan bayrağına bürünüb.

Həmçinin, gün ərzində şəhərdəki monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. Bütünlüklə üçrəngli bayrağımızla bəzənən Bakıda gün ərzində möhtəşəm görüntülər yaranıb. 

VIDEO

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …