Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bakı Avtovağzalının saytında məsafələr niyə çox göstərilib? – VİDEO

Bakı Avtovağzalının saytında məsafələr niyə çox göstərilib? – VİDEO

Bakı Beynəlxalq avtovağzalının rəsmi saytında Bakıdan rayonlara qədər olan məsafə artıq göstərilib. Bakıdan İsmayıllıya olan məsafə 260 km, Bakıdan-Balakənə olan məsafə isə 441 km göstərilib.

Gediş haqqıları da bu məsafələrə uyğun olaraq İsmayıllıya 6 manat 20 qəpik, Balakənə isə 10 manat 60 qəpik olaraq hesablanıb.

Halbuki, bu rayonlara bakı-şamaxı-ismayıllı yolu ilə gedilirsə məsafə xeyli qısalır. Məsələn ağsu aşırımından keçməklə bakıdan ismayıllıya qədər olan məsafə 156 km, balakənə isə 330 km-dir. Burada isə 80-100 km-lik fərqin yarandığı, sərnişinlərin buna görə əlavə ödəniş etdiyi məlum olur. Həmçinin saytda aparılan qısa araşdırma zamanı o da aydın olur ki, Bakıdan Qəbələ, oğuz, şəki, qax, zaqatala rayonları arasında olan məsafə də artıq göstərilib.

Bunun səbəbini öyrənmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq. Xidmətin sektor müdiri Nuridə Allahyarova bildirdi ki, ötən ilin avqust ayından etibarən bəzi regional istiqamətlərdə, xüsusən də ağsu aşırımından keçməklə ismayıllı yolu ilə hərəkət edən marşurut xətlərinin hərəkət sxemi dəyişdirilib. Bu rayonlara gedən avtobusların istiqaməti az risqli, sərnişinlər üçün təhlükəsiz olan kürdəmir yolu ilə seçilib.

Nuridə Allayarova deyir ki, qanuni daşıyıcılar qarşısında bir başa tələbqoyulub ki, bu istiqamətlərdə gedən sərnişinlər kürdəmir yolu ilə daşınsın..Bu istiqamətin dəyişdirilməsi hələlik nəzərdə tutulmur.

Qurum rəsmisi onu da bildirdi ki, bu tələblərə əməl etməyən daşıyıcılar qanun çərçivəsində cəzalandırılacaqlar.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …