Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir
çox problemlər heç də “istirahətə getmək” fikrində deyil. Daha doğrusu
həmin problemləri yaradanlar ictimai fikrə,dövlət siyasətinə məhəl
qoymadan öz bildiklərini etməkdədirlər. Təhsil sahəsində bu tendesiyanı
qoruyub saxlayanlar isə daha təhlükəlidirlər. Çünki, ümummilli əhəmiyyət
daşıyan,bilavasitə xalqın və dövlətin gələcəyinə hesablanan təhsil
sektorunda hərc-mərcliyin,dərəbəyliyin hökm sürməsi yaxşı heç nə vəd
etmir.
Redaksiyamıza
Bakı Avropa Liseyində baş verənlər barəsində ilginc məlumatlar daxil
olub. 1991-ci ildən fəaliyyət göstərən lisey ölkəmizdə kifayət qədər
tanınan təhsil ocaqlarından biridir. Liseyin direktoru Zülfiyyə Veysova
da bu sahədə tanınmış simalardan hesab olunur.Lakin, 27 ildir ki, Liseyə
rəhbərlik edən Zülfiyyə xanım öz davranışları və çıxışları ilə heç kimə
məhəl qoymadığını, az qala özünü Azərbaycan təhsilinin memarı, ideoloqu
hesab etdiyini sərgiləyir. Verilən məlumatlara görə daha çox kobud,qaba
rəftarı ilə tanınan xanım direktor Azərbaycanda yeganə dürüst, obyektiv
təhsil ocağı olduqlarını iddia edir, heç kimlə hesablaşmır, hər kəsə
meydan oxuyur. Onun iddiasına görə Azərbaycanda Mehriban xanım
tərəfindən aparılan təhsil siyasəti sıfra bərabərdir. Yəni iddiasına
görə bildirir ki, Azərbaycanda təhsil sistemində yalnız və yalnız onun
rəhbərlik etdiyi liseydə rüşvət yoxdur. Redaksiyamıza daxil olan
məlumatlar Zülfiyyə xanımın liseyində heç də hər şeyin deyildiyi qədər
dürüst və obyektiv olmadığı qənaətini yaradır.
Verilən
məlumata görə Liseydə 1-ci siniflərə keçirilən qəbul prosesində
obyektivlik prinsipləri pozulub. İlk öncə ondan başlayaq ki, imtahan
prosesində şagirdlər karandaşdan istifadə ediblər.(?) Yəqin ki, dünya
praktikasında ilk dəfə Avropa liseyində karandaşla imtahan prosesi
təşkil edilib. “Poz-qazan” lotoreyasını xatırladan imtahan prosesinin
karandaşla keçirilməsi ona istənilən müdaxilənin mümkünlüyünü göstərir.
Əsl
həngamə isə “poz qazan” imtahanlarından sonra başlanıb. Belə ki,
imtahandan keçməyən şagirdlərin valideynlərinin telefonuna apelyasiya
şikayəti ilə bağlı mesaj göndərilib və bunun üçün gün təyin edilib.
Lakin, apelyasiya şikayəti də imtahandan fərqlənməyib. Belə ki, hər
hansı bilik yoxlaması keçirilmədiyi halda tanışlıq söhbəti aparılıb. Bu
zaman isə yalnız lisey rəhbərlərinə məlum olan kriteriyalara cavab
verənlərin şikayəti təmin olunub. Digərləri isə ən sadə dillə desək
“yola verilib.” Yəni lisey rəhbərliyinin apelyasiya adı altında təşkil
etdiyi bu şou nəticəsində qeyd etdiyimiz kimi bir qrupun maraqları təmin
edilib və bu zaman Zülfiyyə xanımın çox sevdiyi obyektivlik və aşkarlıq
prinsiplərinə heç də riayət olunmayıb. Baş verənlər valideynlərdə haqlı
olaraq narazılıq doğurub və əsaslı şübhələr yaradıb. Zülfiyyə xanımın
“Avropa standartları” artıq ciddi narazılıq yaradıb.
Şikayətçilər
Azərbaycan təhsilinin böyük hamisi Mehriban xanıma, Təhsil naziri
Ceyhun Bayramova və Bakı şəhər İH başçısı Eldar Əzizova müraciət edərək
Liseydə baş verən şübhəli əməliyyatlara son qoyulmasını, aşkarlıq və
obyektivliyin təmin olunmasını tələb edirlər. Özünü Azərbaycan
təhsilinin flaqmanı,ideoloqu hesab edən Z.Veysovanın hərəkətləri bu
sahədə aparılan islahatlara, görülən ölçüyəgəlməz işlərə kölgə salır.
“Təhsilimizə sırınan “Avropa standartlarına” son qoymağın vaxtıdır”
deyən şikayətçilər aidiyyatlı qurumları qəti tədbirlər görməyə
səsləyirlər!Məlumat üçün bildiririk ki, bu təhsil ocağının əsl sahibinin
Zülfiyyə Veysova olmadığı bildirilir. Hətta Z.Veysovann Amerika
fəaliyyəti ilə bağlı qaranlıq təəssüratlar üzə çıxmaqdadır. Bu barədə
araşdırmalarımızı davam etdiririk.
Rubrika.Az
Həmçinin oxuyun
Abel Məhərrəmov məhkəməyə verildi
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …