Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Baba Vəziroğlu inkar etdi: “O sənədə imza atmamışam”

Baba Vəziroğlu inkar etdi: “O sənədə imza atmamışam”

Xəbər verdiyimiz kimi, Azərbaycanın 35 tanınmış ziyalısı adından Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb.

Müraciətdə ziyalılar məhkəmədə haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini ölkə rəhbərliyindən xahiş edirlər.

Müraciəti imzalayanlar arasında adı qeyd olunan yazıçı Baba Vəziroğlu musavat.com ilə əlaqə saxlayaraq belə bir sənədə imza atmadığını bildirdi.

Əməkdaşımızla söhbətində B.Vəziroğlu dedi ki, belə bir müraciətdə imzasının olması barədə ona bu gün media vasitəsilə məlum olub. Müsahibimizin sözlərinə görə, Ali Məhkəmənin qüvvəyə minmiş qərarını müzakirə etməyi heç zaman doğru hesab etməyib: “O məktubda mənim imzam yoxdur. Belə bir şeyə qol çəkməmişəm. Bu sahəni bilən mütəxəssislərdən də soruşdum. Ümumən Ali Məhkəmənin qüvvəyə minmiş qərarından şikayət etməyi hüquqi baxımdan da düzgün hesab etmirəm. Ali Məhkəmə son instansiyadır”.

B.Vəziroğlu dedi ki, adını siyahıya kimin daxil etməsi barədə məlumatı yoxdur. Bunu aydınlaşdıra bilmədiyini deyən müsahibimizə görə, böyük ehtimalla ortada texniki bir yanlışlıq olub: “Düzdür, ziyalıların rayonu olmur, ziyalılar xalqın ziyalılardır. O siyahıda da mənə yaxın olan ziyalıların adları var. Mən də heç kimi qınamıram. Amma bildirmək istəyirəm ki, bu sahədə diletantam. Anlayışım və səlahiyyətim olmayan məsələ barədə müraciət etməyi də düzgün hesab etmirəm”.

Musavat.com xatırladır ki, müraciəti imzalayan ziyalılar arasında Musa Yaqub, Qulu Məhərrəmli, Seyran Səxavət kimi tanınmış şəxslərin də adları var.

Müraciətin mətni ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

https://musavat.com/news/musa-yaqub-seyran-sexavet-baba-veziroglu-qulu-meherremli-35-taninmis-ziyalidan-prezidente-ve-i-vitse-prezidente-muraciet_620679.html

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …