Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Babək prospektində tıxaca çarə tapıldı (VİDEO)

Babək prospektində tıxaca çarə tapıldı (VİDEO)

Paytaxt yollarında sıxlığı azaltmaq və tıxacın qarşısını almaq üçün kompleks tədbirlər görülür. Artıq paytaxta giriş və çıxışı rahatlaşdırmaq üçüninşası aparılan yeni yol bir neçə günə təhvil veriləcək. Babək prospektində isə sıxlığı azaltmaq üçün yeni yol kəsişməsi salınıb.
Yeni salınan və uzunluğu 1310 metr olan yolda asfaltlanma işi yekunlaşıb, işıq dirəkləri və bordürlər qoyulub. Əraziyə cəlb edilən çoxlu sayda işçi və texnika vasitəsi ilə son tamamlama işləri aparılır.
Görüntülər bir neçə aydır tikintisi aparılan Xarici Dairəvi yolla Şərifzadə küçəsini birləşdirən yeni yoldandır. Bu yolun çəkilməsi ilə paytaxta giriş və çıxış rahatlaşacaq.
Artıq yeni yolda salınan 180 metr uzunluğundakı üstü açıq tunel tam hazırdır, indiki vəziyyətdə onun kənarında abadlıq işləri aparılır.
Paytaxdakı sıxılığı azaltmaq üçün bir digər addım isə Babək prospektində atılıb. Belə ki prospektin yenidən qurulması çərçivəsində burada üzü şəhər istiqamətində hərəkət edən sürücülərin Bəkir Çobanzadə küçəsinə keçidini təmin etmək üçün yeni yol salınıb.
Qeyd edək ki, hazırda bu yoldan isitifadə edən sürücülər də kifayət qədər çoxdur.


Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …