Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Bəzi valideynlər xoşbəxt olmayan ailə tablosunu yaradırlar”

“Bəzi valideynlər xoşbəxt olmayan ailə tablosunu yaradırlar”

İki gün öncə Azərbaycanda qəribə toy hadisəsi baş verdi. İki il nişanlı qalan gəlin toyuna bir gün qalmış başqasına qoşulub qaçdı. Bundan hiddətlənən bəy isə həmin gün başqa bir qızla ailə həyatı qurdu. Kənd sakinlərinin bildirdiyinə görə hər iki gənc valideynlərinin təkidi ilə nişanlandıqlarından sonda da belə bir hadisə baş verib.
Psixoloq Vəfa Əkbər Moderator.az-a açıqlamasında bildirdi ki, ailə quran gənclərə hələ də valideynlər tərəfindən müdaxilələr var:
“Məsələnin obyektiv olmasını düşünsək, gərək bunu onlardan soruşaq. Amma kənardan fikir bildirmək istəsək böyük ehtimal ki, burda anlaşılmazlıq olub, valideynlər onları məcbur edib. Məsələ belədir ki, böyüklərin razılığı, ailə quranların isə narazılığı olur. Görünən odur ki, hər iki tərəfdə iplər qopub və o qədər boşluq olub ki, qızla oğlanın başqa-başqa sevgilisi olub. Bizim toy adət-ənənələrində boşluqlar çoxdur və bu boşluq ondan ibarətdir ki, valideynlər ailə quran gəncləri məcbur edir. Belə hallarda da ailə quran şəxslər xoşbəxt olmurlar. Seçimi ailə quran gənclər özləri etməlidirlər, çünki bir ömür onlar birlikdə yaşayacaqlar. Hər hansı bir problemlər yaranarsa, valideynlər öz məsləhəti ilə məsələni yoluna qoya bilərlər. Amma bu gün vəziyyət tamam fərqlidir. Ailələr “Palaza bürün, elnən sürün” misalı ilə hərəkət edirlər. Bəzi valideynlər bu gün cəmiyyətin orta təbəqəsində yaşayan və xoşbəxt olmayan ailə tablosunu yaradırlar. Belə evliliklərin də sonu boşanma ilə nəticələnir. Boşanan zaman uşaq yoxdursa, yaxşıdır. Əgər uşaq varsa, valideynlərindən uzaq natamam bir övlad böyüyür və beləliklə cəmiyyətimizdə bu cür uşaqların sayı artmağa doğru gedir. Bunun olmaması üçün birinci növbədə valideynlər bir tədbir görməlidirlər. Onlar bu haqda fikirləşsələr inanın ki, belə hadisələr də baş verməz”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …