Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Bəxtiyar Hacıyevin anası danışdı: “Həkimlər bildirmək istəməsə də…” – Video

Bəxtiyar Hacıyevin anası danışdı: “Həkimlər bildirmək istəməsə də…” – Video

Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva Ombudsman aparatına üz tutub.
“Meydan TV” xəbər verir ki, o, 24 gündür həbsdə aclıq edən oğlunun səhhətinin getdikcə pisləşdiyini və həyatına təhlükə olduğunu deyib. Solidə Mövlayeva Ombudsman Səbinə Əliyevayla görüşə bilməyib. Lakin aparatdan onun şikayətinin müvəkkilə çatdırılacağı bildirilib.
Xatırladaq ki,  Bəxtiyar Hacıyevə xırda xuliqanlıq və məhkəməyə hörmətsizlik etmə maddələri ilə cinayət işi başlanmışdı. Ona qarşı irəli sürülən ittiham yanvarın 13-də ağırlaşdırılaraq ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq maddəsi ilə əvəz olunub. Fəal bu ittihamları qəbul etmir, siyasi mövqeyinə görə həbs olunduğunu deyir.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …