Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bəsti Cəfərova susqunluğunu pozdu: “45 ildir burdayam, direktor olmaq…”

Bəsti Cəfərova susqunluğunu pozdu: “45 ildir burdayam, direktor olmaq…”

“Akademik Milli Dram Teatrına direktor təyinatı ilə bağlı heç kimin fikirini soruşmurlar, təyinat gəlir, vəssalam. Biz belə görmüşük. Düşünürəm ki, “Azdrama”ya direktor təyin edilsə, daha yaxşı olar”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərova Xalq artisti Nurəddin Mehdixanlının  “Teatra rəhbər təyin edilərkən bizim rəyimiz soruşulmalıdır” fikirinə münasibət bildirərkən deyib. 
Aktrisanın sözlərinə görə, direktor seçimində aktyorların fikirlərini soruşsalar hərə özünə yaxın olan şəxsin namizədliyini dəstəkləyəcək:
“Aktyorlar özlərinin şəxsi mənafeyini düşünərək, özlərinə yaxın namizədi dəstəkləyəcəklər. Mənim fikirim belədir ki, Mədəniyyət Nazirliyi kimin namizədliyinin irəli sürülməsini daha yaxşı bilir. İstəyirəm ki, Akademik Milli Dram Teatrına layiq olan şəxslər baş rejissor, direktor, bədii rəhbər vəzifələrinə təyin edilsin”. 
“Azdrama”ya direktor postuna Bəsti Cəfərovanın namizədliyini irəli sürülməsinə gəlincə, aktrisa sözügedən vəzifəyə iddialı olmadığını vurğulayıb: “Mənim də adım hallanıb, bu lazım deyildi. Heç vaxt direktorluğa iddiam olmayıb. Azad aktrisayam, fəaliyyətimi davam etdirirəm. Nə qədər ki, qüvvəm çatır səhnədə olacam. Bu söz-söhbətdə o qədər də iştirak etmək istəmirəm”. 
Bəsti Cəfərovanın sözlərinə görə, əvvəllər “Azdrama”ya direktor təyinat yolu ilə olub:
“45 ildir ki, bu teatrdayam. Ayrı-ayrı zamanlarda təyinatlar fərqli olub. Turabovun zamanında iki namizəd var idi, direktor seçki yolu ilə oldu. Əliabbas Qədirovu isə prezident təyin etmişdi. Ondan sonra İsrafil İsrafilovu və mərhum Azərpaşa Nemətovun özünü də mədəniyyət naziri təyin etmişdi. Bu böyük və ana teatrdır, əlbəttə onun təyinatı da yuxarıdan olmalıdır. Mən bunu belə görmüşəm və belə də gözləyirəm”. 
Xalq artisti Nurəddin Mehdixanlı mətbuata açıqlamasında bildirib ki, kimliyindən asılı olmayaraq, hər kimsə teatra rəhbər gətirilirsə, mütləq şəkildə kollektivin rəyi soruşulmalıdır: “Kollektivin rəyi olmasa, kimsə təyin olunarsa, teatrda çalışa bilməyəcək. Çünki hər halda bura Akademik Milli Dram Teatrıdır, onun tələbləri daha yüksəkdir”. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …