Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bərzanini dəstəkləyən şöbə müdiri cəzalandırılacaq – Azərbaycanda

Bərzanini dəstəkləyən şöbə müdiri cəzalandırılacaq – Azərbaycanda

Ərazisi işğal olunmuş Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlaması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb. Rəsmi qurumda çalışan məmurun separatçı rejimə dəstək verən paylaşımları bir anda bütün izləyicilər tərəfindən tənqidlərə məruz qalıb.
Belə ki, məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, şöbə müdiri Fizuli Tanirverdiyevlə bağlı ölçü götürüləcəyi bildirilib:
“Məsələ diqqətimizdədir. Lazımi ölçü götürüləcək”, – deyə qurumdan söylənilib.
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb. Məsələnin ictimailəşdiyini görən  Fizuli Tanirverdiyev dərhal paylaşımlarını silib.
Xatırladaq ki, Azərbaycanın yüksək çinli rəsmiləri İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu pisləyən açıqlama veriblər.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …