Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Bələdiyyə seçkiləri ilə bağlı növbəti mərhələ başa çatdı

Bələdiyyə seçkiləri ilə bağlı növbəti mərhələ başa çatdı

Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır.

BAKI, 17 noyabr – Sputnik. Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatır.

Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidirlər.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 18-dək olan dövrü əhatə edir.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …