Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bəhram Bağırzadənin “ölüm“ xəbəri haqda açıqlama

Bəhram Bağırzadənin “ölüm“ xəbəri haqda açıqlama

Əməkdar artist Cabir İmanov  “Bakılı oğlanlar” komandasının üzvü, aktyor Bəhram Bağırzadə haqqında yayılan ölüm xəbərini təkzib edib.  

Sosial şəbəkə hesabında paylaşım edən aktyor B.Bağırzadənin sağ olduğunu bildirərək  yayılan informasiyalara inanmamağı məsləhət görüb:

“Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir sayt, informasiya agentlikləri, məlumatçı bloggerlər, operator həkimlərə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən adamlara fikir verməyin”.

Qeyd edək ki, ağciyərləri zədələnən Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …