Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Bəhram Bağırzadə Paşinyanı parodiya etdi – VİDEO

Bəhram Bağırzadə Paşinyanı parodiya etdi – VİDEO

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın çaşaraq “Dağlıq Qarabağ Azərbaycanındır” söyləməsi böyük ajiotaj doğurub. O, bu “səhvinə” görə Ermənistanda təzyiq və tənqidlərə məruz qalıb. 

BAKU.WS xəbər verir ki, tanınmış mədəniyyət xadimi Bəhram Bağırzadə də Nikolun bu çıxışını ustalıqla parodiya edib.

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Nikol Paşinyan çaşıb və doğru fikir söyləyib: “Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın, … yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və bundan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi”.


Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …