Azinforum.az-ın Nərimanov rayonundakı küçələrin birindəki divarda yanaşı olaraq iki fərqli küçə adının olması ilə bağlı təqdim etdiyi xəbərə sözügedən rayonun rəhbərliyi tərəfindən ciddi reaksiya verilib. Bir neçə saatdan sonra həmin problem aradan qaldırılaraq, küçələrdən birinin adı divardan yığışdırılıb. Azinforum.az müqayisə üçün hər iki fotonu təqdim edir. Belə operativ reaksiyaya görə, həmin ərazidə yaşayan sakinlər adından İcra Hakimiyyətinə təşəkkür edirik.
Əvvəlki foto
Sonrakı foto
Azinforum.az