Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / AZAL-ın qiyməti azalmadı, azalmayacaq – AÇIQLAMA

AZAL-ın qiyməti azalmadı, azalmayacaq – AÇIQLAMA

Ötən ayın əvvəllərində prezident İlham Əliyev keçirdiyi müşavirədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) qiymət siyasətini kəskin tənqid etmişdi. Prezident AZAL-ın aviabiletləri baha satdığı üçün qınamışdı.

 
Bundan sonra AZAL rəhbərliyi iki dəfə toplantı keçirdi. Və ictimaiyyətə açıqlama verildi ki, qiymətləri ucuzlaşdırıblar. Lakin yeni qiymət cədvəli açıqlanandan sonra məlum oldu ki, heç də ucuzlaşma olmayıb. Ekspertlər hətta iddia etdilər ki, AZAL-ın yeni tarifləri əvvəlkilərə nisbətən daha bahadı. 
Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxladıq. P.Kəsəmənski musavat.com-a bildirdi ki, artıq AZAL-da məlum qiymət endirimləri olub. Növbəti endirimlərlə bağlı isə açıqlama verəcək.
AZAL rəsmisinin vurğuladığı endirimdən sonrakı qiymətləri nə qədər məqbul saymaq olar?
 
Mövzu ilə bağlı musavat.com-a  İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev danışıb. O, bildirib ki, AZAL tərəfindən “qiymət endirimi” adlandırılan prosesinin əslində endirimlərə heç bir aidiyyatı yoxdur:
 
“Onlar sadəcə olaraq xüsusi reyslər açıblar ki, bu da qiymət endirimi sayılmır. Bu cür qiymət endirimi ola bilməz. AZAL müvafiq olaraq rəqabət mühitini təmin etməlidir ki, ölkəyə digər şirkətlər də cəlb olunsun. Yalnız rəqabət mühiti olduğu halda sağlam fəaliyyət ola bilər. Bütün hallarda bu gün AZAL öz istədiyi qiymətlərlə işləyir. Hazırda bu şirkətdən tələb olunan əsas şərt budur ki, ilk olaraq qiymətlərin əsasını formalaşdırsın. Yəni, açıqlasınlar ki, hansı səbəbə görə, qiymətlər bu qədər yüksəkdir. Söylədiyim məsələ ilə bağlı heç bir bilgi şəffaflığı yoxdur. İkincisi isə bazara nisbətən ucuz xidmət göstərən şirkətlərin daxil olmasına imkan verməlidir. Belə olarsa, hansısa endirimdən danışmaq olar”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın