Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Azad Rəhimovun dəfn ediləcəyi yer gizli saxlanılır

Azad Rəhimovun dəfn ediləcəyi yer gizli saxlanılır

Ötən gün vəfat edən Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Bu barədə nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq: “Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək”.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …