Ana səhifə / Cəmiyyət / “Azəryolservis”in işçiləri iki aydır maaş almır

“Azəryolservis”in işçiləri iki aydır maaş almır

“Azəryolservis” ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir.

Bu barədə azadliq.info-ya adıçəkilən qurumdan məlumat daxil olub. İşçilər deyir ki, rəhbərlik maaş böhranının səbəbini izah etmir.

“Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik” – deyə işçilər bildirir.

Onların sözlərinə görə, xüsusilə “Azəryolservis” ASC-nin rayondakı idarələrində vəziyyət gərgindir. İşçilər deyir ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb.

“Hələ “Azəryolservis”in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır” – deyə işçilər vurğulayıb.

Yada salaq ki, bir müddət əvvəl “Azəryolservis”də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb.

“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, “Azəryolservis” ASC büdcədən maliyyəşən qurumdur: “Ola bilər ki, maaşların verilməsində 5-10 gün gecikmə yaransın. Amma iki aydır ki, maaşın verilməməsi doğru deyil. Büdcədən vəsait daxil olduqca işçilərin maaşı ödənilir. Burada heç bir problem yoxdur”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın