Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / ““Azərsun” Holdinqin bu addımı təxribatdır” – ŞƏRHLƏR

““Azərsun” Holdinqin bu addımı təxribatdır” – ŞƏRHLƏR

Azərbaycanda bir çox yeyinti məhsullarının qiymətində nəzərəçarpacaq dərəcədə artımlar müşahidə olunur.

Unikal.org-un araşdırmasına görə, şəkər tozunun, qəndin, çayın qiyməti 20 qəpik bahalaşıb. Market rəhbərlərinin dediklərindən məlum olur ki, qiymətlər böyük istehsalçı şirkət olan “Azərsun” tərəfindən qaldırılıb. Onların sözlərinə görə, istehsalçı şirkətin atdığı addım marketləri də qitmətləri artırmağa məcbur edir.

“Hesab edirəm ki, aidiyyatı dövlət qurumları da bu məsələni son dərəcə diqqətdə saxlamalıdırlar ki, əhali arasında narazılıq yaranmasın”

Milli Məclisin deputatı Rövşən Rzayev Unikal.org-a açıqlamasında sahibkarları mümkün qədər qiymət artımlarına getməməyə çağırıb:
“Mən iqtisadçı deyiləm. Ancaq bu məsələyə bir vətəndaş kimi münasibət bildirmək istəyirəm. Bildiyim qədəri ilə neftin ucuzlaşması fonunda dolların bahalaşması ölkədəki iş adamları üçün müəyyən problemlər yaradıb. Ola bilər müəyyən dövr ərzində onların gəlirləri azalsın. Ancaq bacardıqca qiymət artımlarına getməsinlər. Prezident İlham Əliyev çıxışlarında dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayır. Vətəndaşlarımızın sosial-rifah halına mənfi təsir edəcək addımların atılması yolverilməzdir. Hesab edirəm ki, aidiyyatı dövlət qurumları da bu məsələni son dərəcə diqqətdə saxlamalıdırlar ki, əhali arasında narazılıq yaranmasın. İş adamları da öz növbəsində bu məsələyə həssas yanaşsalar yaxşı olar”.

“İdxaldan asılılığı olmayan yerli istehsal məhsulunun qiymətini qaldırmaq təxribatdır”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qiymətləri qaldıran “Azərsun” holdingi bu cür addımlarına görə təxribatçı adlanıdırıb:
“Bir müddət əvvəl “Azərsun” çayın qiymətini qaldıranda bu məsələnin üzərinə getdim qiymət artımının qarşısı alındı. İdxaldan asılılığı olmayan yerli istehsal məhulunun qiymətini qaldırmaq təxribatdır. İnsanların sosial rifah halına mənfi təsir edəcək addımın atılması böyük narazılıq yarada bilər. “Azərsun” holdingin rəhbəri yəqin ki, bunun fərqindədir. Belə bir həssas məqamda şirkət bu addımı atmamalıdır. Bilərəkdən ya bilməyərəkdən narazı kütlə yaradıb Azərbaycanı sevməyən qüvvələrə ölkəmizə qara yaxmaq üçün şərait yaradırlar”.

“İqtsadiyyat Nazirliyi prezidentin bu tapşırıqlarına riayət etmək əvəzinə …”

Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynovun isə məsələyə yanaşması fərqli oldu:
“Mən istəyirəm ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsınlar. Bütün dünyada istehlakçı hüquqlarını qoruyan təşkilatların əsas devizi məhz budur. Azad bazar şəraitində şirkət məhsulu istədiyi qiymətə sata bilər. Bazarda normal raqabət şəraiti olmalıdır ki, qiyətlər aşağı düşsün. Ölkə başçısı 2011-ci ildən başlayaraq deyir ki, ölkədə şişirdilmiş qiymətlər var, monopoliyanın qarşısını almaq lazımdır. Lakin İqtsadiyyat Nazirliyi prezidentin bu tapşırıqlarına riayət etmək əvəzinə istehsalçılara, sahibkarlara təzyiq edir ki, qiymətləri aşağı salsınlar. Bu qətiyyən düzgün deyil”.

Xatırladaq ki, bir müddət əvvəl deputat Zahid Oruc “Azərsun Holdinq”-I ölkədəki bahalığın əsas səbəbkarlarından biri kimi sərt tənqid etmişdi. Millət vəkili hətta şirkəti bazara keyfiyyətsiz məhsullar çıxarmaq suçlamışdı: “””Azersun” Çindən gətirilmiş hazır konsentratın üstündə biraz da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə “tomat”ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın