Ana səhifə / Cəmiyyət / “Azərsüd” xamasında saxtakarlıq – FOTOFAKT

“Azərsüd” xamasında saxtakarlıq – FOTOFAKT

“Azərüd” istehsal etdiyi xamanın istifadə tarixində saxtakarlıq edib.
VİZUAL.az xəbər verir ki, xamanın fevralın 20-də istehsal olunduğu qeyd olunub. Bu gün fevralın 19-u olduğunu nəzərə alsaq, bu “riyazi uzaqgörənliyi” heç bir fəlsəfəyə sığışdırmaq mümkün deyil.
Kürdəmir Süd Emalı Zavodunda istehsal olunan “Azərsüd” məhsulunun fevralın 18-dən artıq mağazalarda satışda olduğu xəbər verilib. Elçin Əbdülrazak adlı Feysbuk istifadəçisi bu haqda sosial şəbəkələrdə şəkil paylaşıb.
Onun sözlərinə görə, xamanı marketlərin birindən alıb. Qeyd edək ki, ölkənin ağartı məhsulları bazarında böyük paya sahib olan və tanınan “Azərsüd” brendinin belə bir hala yol verməsi maraq doğurub.

“Azərsüd” xamasında saxtakarlıq

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın