Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Azəriqaz” məşhur şirkəti məhkəməyə verdi – 99 999 manatlıq iddia

“Azəriqaz” məşhur şirkəti məhkəməyə verdi – 99 999 manatlıq iddia

Azərbaycanda dövlət qurumu məhşur şirkətə qarşı külli miqdarda borcun ödənilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb.

“Azəriqaz” İstehsalat Birliyi 2 saylı Bakı  İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “As Aqro Co” MMC-nin təbii qazdan istifadəyə görə 99 999 AZN borcu yarandığını bildirib.

“Azəriqaz” bu borcun və məhkəməyə müraciət üçün ödənilən 30 AZN dövlət rüsumunun şirkətdən tutularaq onlara ödənilməsini tələb edib. 

İddia icraata qəbul edilib. 

Qeyd edək ki, “As Aqro Co” MMC tikinti və başqa sahələrdə fəaliyyəti ilə tanınan “AS Group İnvestment” şirkətinin balansındadır. /Qafqazinfo.az

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …