Ana səhifə / Cəmiyyət / Azərbaycanlının Belarusda qeyri-adi sərgüzəşti və ya bizi vyetnamlılarla nə birləşdirir

Azərbaycanlının Belarusda qeyri-adi sərgüzəşti və ya bizi vyetnamlılarla nə birləşdirir

Azərbaycanlı və onun iş ortaqları 11 vyetnamlını Litvaya göndərməyə çalışarkən Belarus-Litva sərhədi yaxınlığında xüsusi sərhəd xidməti bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat verib.

Daha əvvəl də Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, aprelin 12-də Belarusun Volojinski rayonunun Rakov aqroşəhərciyində Avropa İttifaqı ölkələrinə miqrantların qeyri-qanuni yollarla keçirilməsi ilə məşğul olan 33 yaşlı Azərbaycan vətəndaşı və cinayətkar qruplaşmanın 5 üzvü saxlanılıb.

Bu gün həmin cinayətkar qruplaşmanın saxlanılmasının təfərrüatları məlum olub. Belə ki, aprelin 12-də günorta saatlarında xüsusi təyinatlı bölmənin əməkdaşları içində qeyri-leqal əmək miqrantları olan 3 minik avtomobilini saxlayıb. Onlar bir-birilərindən aralı hərəkət ediblər. Birinci avtomobildə sürücü, bələdçi və vyetnamlılar olub. Digər iki maşında da qeyri-leqal miqrantlar olub. Miqrantlar gizlənməyiblər, sakitcə avtomobillərin arxa oturacağında əyləşiblər. Vyetnamlıların heç birinin sənədləri və şəxsiyyət vəsiqələri üzərilərində olmayıb.

İstintaq müəyyən edib ki, qaçaqmalçılar buraxılış məntəqəsinin olmadığı yerdən yaşıl sərhəd vasitəsilə miqrantları xaricə çıxarmağa cəhd ediblər. Bununla da dövlət sərhədini pozmağa cəhd göstəriblər.

Ehtimal var ki, Vyetnam vətəndaşları Rusiya vətəndaşının köməyi ilə qeyri-qanuni kanallar vasitəsilə Belarusa gediblər. Beləliklə, miqrant qaçaqçılığı ilə məşğul olmaq üzrə ixtisaslaşmış daha bir cinayətkar şəbəkə aşkarlanıb. Saxlanılan şəxslərin adları istintaq maraqlarına görə, hələ ki, açıqlanmır. Lakin Sərhəd Komitəsindən bildiriblər ki, onların adları Azərbaycanın Belarusdakı səfirliyinə məlumdur.

Qeyd edək ki, hazırda miqrant qaçaqçılığı problemi Belarusun hüquq-mühafizə orqanlarında çox aktualdır. Çünki bu respublikanın ərazisindən miqrant dəllalları tez-tez tranzit kimi istifadə edirlər. Belarus Avropa İttifaqının üzvü olan Polşa, Litva və Latviya ilə həmsərhəddir.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Aktoprak Sputnik Azərbaycan-a bildirib ki, son məlumatlara görə, dünyada miqrasiya prosesi 65,5 milyon insanı əhatə edir. Onun sözlərinə görə, miqrasiya 21-ci əsrin meqatrendidir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …