Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı şairədən erotik şeir: “Səhra kimi uzanardım altında”

Azərbaycanlı şairədən erotik şeir: “Səhra kimi uzanardım altında”

Tanınmış şairə Aysel Əlizadə yeni yazdığı şeirini təqdim edib. Sfera.az A. Əlizadənin Facebook profilində paylaşdığı erotik şeiri təqdim edir.

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.

Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.

Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın…
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.

Kaş gözəl ayrılardıq…
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın,

Sənə bir İsa doğardım ki…

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …