Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı şagird ABŞ-ın 10 nüfuzlu universitetinə qəbul olunub (FOTO)

Azərbaycanlı şagird ABŞ-ın 10 nüfuzlu universitetinə qəbul olunub (FOTO)

Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.
AzEdu.az xəbər verir ki, Sara Nabikoğlunun əksərən aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı yerlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var. O, hazırda Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də dəvət alıb.
Azərbaycanlı şagirdin seçimi Boston Universiteti olub.
Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …