Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı pəhləvan rusiyalıları heyran qoydu – VİDEO

Azərbaycanlı pəhləvan rusiyalıları heyran qoydu – VİDEO

Rusiyanın Blaqoveşensk şəhərində “Kulturnıy Qorod” (Mədəni şəhər) festival hərəkatının açılışında tanınmış azərbaycanlı pəhləvan Əmir çıxış edib.

PortAmur”un yazdığına görə, Əmir öz fiziki bacarıqları ilə yerli sakinləri heyran qoyub.

Pəhləvan bir saatlıq şou ərzində müxtəlif təhlükəli fəndlər göstərib, iti əşyaların üzərində gəzib, əli ilə dəmir mismarları əyib.

Azərbaycanlı qonağın final tryukunda avtomobillərdən istifadə olunub. O, saçları ilə ağır avtomobili yerindən tərpədib və bir neçə metr irəliləyib. Onun bu inanılmaz hərəkəti gur alqış sədaları ilə müşayiət olunub.

Qeyd edək ki, 44 yaşlı Əmir pəhləvan artıq 20 ildən çoxdur ki, belə nümayişlər keçirir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …