Azinforum.az Sputnik-ə istinadən xəbər verir ki, ilk dəqiqələrdən böyük səhnədə münsiflər və tamaşaçıların simpatiyasını qazanan Səməd Novruzov dörd yaşıl düyməni qazanıb və “sən supersən” ifadəsini eşidib.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan “Sən supersən!” valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.