Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı məmurun oğlunun adı “FETÖ işi”ndə – həbsi belə gözləniləndir

Azərbaycanlı məmurun oğlunun adı “FETÖ işi”ndə – həbsi belə gözləniləndir

 DİA.AZ xatırladır ki, Türkiyədə SOCAR-ın 51 faiz paya sahib olduğu neft-kimya kompleksi Petkimdə bu günlərdə kütləvi həbslər həyata keçirildi. Qeyd edək ki, şirkətin keçmiş rəhbəri Sadəddin Qorqud həbs olunanlar arasındadır, ondan əlavə şirkətin daha 200 işçisi polis nəzarəti altındadır.

Bu da hamısı deyil. Yəni 15 iyulda Türkiyədə çevrilişə cəhd edən Fətullah Gülən tərəfdarlarına qarşı həyata keçirilən həbslər təkcə Petkim-i əhatə etmir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, hazırda SOCAR-da vitse-prezident postunu tutan Xalik Məmmədovun oğlu – “SOCAR-TURCAS” birgə müəssisəsinin Türkiyənin Petkim yarımadasında inşa etdiyi 5 milyard dollarlıq “Star” neft emalı zavoduna Azərbaycanın rəsmi nümayəndəsi və direktoru postlarını tutan Kənan Məmmədov da məhz “FETÖ işi” ilə əlaqədar istintaqa cəlb olunub.

Xatırladaq ki, Kənan Məmmədov eyni zamanda 2002-ci ildə təsis edilmiş Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİAB) rəhbəridir. Və onun karyera yüksəlişində təkcə atasının deyil, həm də Gülən camaatının da birbaşa himayəsi hər zaman hiss olunub.

İndi isə dia.az-a daxil olan son informasiyalarda qeyd olunur ki, artıq Kənan Məmmədovun da adı “FETÖ işi”ndə keçir və onun həbsi belə gözləniləndir.

Əlavə bilgilərimiz olacaq. Bütün tərəfləri dinləməyə hazırıq…

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın