Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı

Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.

Bu barədə AZƏRTAC-a ARKİ-dan bildirilib.

Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …