Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı İŞİD-çinin videosu yayıldı: “Anama, bacıma səslənirəm…” (VİDEO)

Azərbaycanlı İŞİD-çinin videosu yayıldı: “Anama, bacıma səslənirəm…” (VİDEO)

İŞİD terror təşkilatının azərbaycanlı terrorçularından birinin videogörüntüsü yayılıb.
Eastnews.org xəbər verir ki, İraq və ya Suriyada çəkildiyi bilinməyən videoda danışan terrorçu Azərbaycandakı əqidədaşlarına çağırış edərək, “Dövlətinizə gəlin” deyir və onları da İŞİD-ə qoşulmağa səsləyir.
Terrorçunun çıxışı zamanı “Orucluq necə keçir?”, sualından aydın olur ki, çəkiliş Ramazan ayına, yəni may-iyun ayları arasındakı müddətə aiddir.
Avtomobildə naşid (sinxron səslərdən ibarət dini musiqi) dinləyərək çağırış edən terrorçu əqidədaşlarına gəlməyəcəkləri şəkildə peşman olacaqlarını, problemlər olacağını bildirərək, “əxi”ləriylə birgə, öz ailəsinə; anasına, bacılarına və qardaşlarına da səslənir.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …