Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı idmançı məşqçisindən hamilə qaldı, yığmadan qovuldu – Açıqlama

Azərbaycanlı idmançı məşqçisindən hamilə qaldı, yığmadan qovuldu – Açıqlama

Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığma komandasında qalmaqal baş verib.

Azinforum.az xəbər verir ki, baku.ws-nin əldə etdiyi məlumata görə, İslamiadada ölkəmizi təmsil etməyə hazırlaşan ağır atlet planları alt-üst edib.

Belə ki, komandanın yeniyetmə üzvlərindən biri Goranboy rayonundan olan Xumar Məmmədova məşqlərə hamiləliyini gizlədərək qatılıb. 7-8 aylıq hamilə atletin “sirri”nin üstü 2 gün öncə açılıb. Bundan sonra idmançı komandadan xaric edilib.

Federasiya isə baş məşqçi Natali Prişepanın belə diqqətsizliynə görə izahat alıb. İslamiadadan sonra qadınlardan ibarət millinin baş məşqçisinin komandadan qovulma ehtimalının olduğu vurğulanır.

Digər məlumatda o da bildirilir ki, federasiya rəhbərliyi məsələdə idmançının şəxsi məşqisi Kərim Kərimlidən şübhələnir. Yəni uşağın atasının idmançının şəxsi məşqçisi olduğu güman edilir.

Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev azvision.az-a açıqlamasında xəbəri təkzib etsə də, Xumar Məmmədovanın yarışlarda iştirak etməyəcəyini deyib:”Xumar xanım yarışlarda iştirak etməyəcək. Bunun səbəbi haqqında konkret məlumatım yoxdur. Bütün hallarda yazılanlar absurddur, etik qaydalara sığımır. İdmançı xanımın niyə hədəf götürülməsini bilmirəm”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın