Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı deputatların vikipediya biabırçılığı: “Cavanşir Feyziyev sabiq deputat Rafiq Məmmədhəsənov ilə qudadır”

Azərbaycanlı deputatların vikipediya biabırçılığı: “Cavanşir Feyziyev sabiq deputat Rafiq Məmmədhəsənov ilə qudadır”

Heydər Əliyevə həsr edilmiş kitabla bağlı status yazarkən bəzi deputatların AYB üzvü olub-olmamasını dəqiqləşdirmək istədim. Vikipediyaya baxdım. Jalə Əliyeva, İsa Həbibbəylinin heç bir bədii əsərinin adı vikipediyada yoxdur. Nə şeir yazıblar, nə də hekayə, roman. Düşündüm bəlkə tərcüməylə məşğul olublar, ya tənqidi yazıları var. Ona da rast gəlmədim. Bəs onda bunlar niyə AYB üzvüdür?

Yoxsa bütün yaradıcılıq təşkilatlarının qapıları deputatların üzünə açıqdır? Yoxsa filoloqlar da AYB üzvü ola bilər?
Onu deyim ki, bu deputatların vikipediyasında redaktə səhvləri var. Bir var adi qələm adamının vikipediyası, bir də var dövlət adamının. İsa Həbibbəylinin vikipediyasında “ tərtib kitablarının müəllifidir” cümləsi var. ” Müxtəlif kitablarının tərtibçisi olub” yazmaq yəqin sadə insanların işidir.


Jalə Əliyevanın bir övladı olduğu yazılıb, amma kiminlə ailəli olduğu yazılmayıb. Bu, normal deyil. Əvvəlcə kiminlə ailəli olmağı qeyd edilməli, sonra övlad yazılmalıdır.
Yaxud vikipediyada kimin kiminlə quda olduğunu yazmaq mənə gülməli gəlir. Cavanşir Feyziyevin vikipediyasında “Cavanşir Feyziyev sabiq deputat Rafiq Məmmədhəsənov ilə qudadır” yazılıb. Bunu nə məntiqlə yazıblar, anlaya bilmədim.


Bizdə vikipediyanın da azərbaycansayağı forması var. Bu yaxınlarda bir şairənin kitabının adını axtarırdım. Vikipediyaya baxdım. İnanın, doğulduğu il, universiteti bitirdiyi il yazılmamışdı. Ola bilər, əsl yaşını gizlədir. Elədirsə neynir vikipediya tərtib etməyi.

Sevil Gültən

Azinforum.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …