Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı biznesmenin xanımı ən zəngin qadınlar siyahısındadır

Azərbaycanlı biznesmenin xanımı ən zəngin qadınlar siyahısındadır

“Forbes” jurnalı Rusiyanın ən zəngin 25 qadınının yeni reytinqini açıqlayıb.
Virtualaz.org bildirir ki, siyahıda Azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərovun xanımı Larisa Ələkbərova isə 180 milyon dollar sərvətlə reytinqdə 23-cü yerdə qərarlaşıb. O, şirkətdə kiçik bir səhmə sahibdir, lakin il ərzində neft şirkətinin dəyəri öz səhmlərinin yenidən satın alınması ilə əlaqədar artıb.
Bildirilir ki, ilk yerdə “İnteko” investisiya- tikinti korporasiyasının keçmiş sahibi, eləcə də “Qazprom” və “Sberbank”ın səhmdarı Yelena Baturinadır. O, 1,2 milyard dollar sərvətin sahibidir
İkinci yerdə 1 milyard dollarla “Wildberries” internet-mağazanın sahibi Tatyana Bakalçuk qərarlaşıb. Sankt-Peterburqdan olan milyarder Yuri Kovalçukun xanımı Tatyana Kovalçuk 600 milyon dollarlıq sərvəti ilə siyahıda üçüncü yerdədir. Kovalçuklar ailəsi həmçinin prezident Vladimir Putinə yaxınlığı ilə seçilir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …