Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın meyiti tapılan hərbçisi ilə vida mərasimi keçirilir – FOTO

Azərbaycanın meyiti tapılan hərbçisi ilə vida mərasimi keçirilir – FOTO

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb.

Onun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib. (report)


Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …