Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın ən yaxşıları seçildi – Gecədən “isti” fotolar

Azərbaycanın ən yaxşıları seçildi – Gecədən “isti” fotolar

Ötən gün Bakının məşhur otellərinin birində“Azerbaijan Best Awards” (ABA) mükafatlandırma mərasimi baş tutub. “Qafqazinfo” xəbər verir ki, tədbirdə kino, şou, idman dünyasının tanınmış simalarına mükafat verilib. Tanınmışlar qırmızı xalça üzərindən keçid edib və incəsənət dünyasının tanınmış simaları kameralara poza verib. Nədənsə, xalq artisti Amaliya Pənahova, əməkdar artist Röya Ayxan, müğənnilər Zamiq Hüseynov, Elçin Cəfərovun adı mükafat alanlar siyahısında olsa da, tədbirdə iştirak etmək istəməyiblər. 

Gecəyə qatılanlar arasında şarmlı və fərqli görünən, zövqsüzlüyünə sadiq qalanlara da rast gəlmək olardı.

Əməkdar artist Naina İbrahimovanın qaşla hazırlanmış mavi libası ona çox yaraşıb. Sadəcə olaraq həmin libası eyni rəng aksessuar, çanta ilə uyğunlaşdırması, bu azmış kimi makiyajında da mavi tonlara yer verməsi zöqvsüz görünməyi ilə nəticələnib.  Həmçinin, 45 yaşlı Nainanın dərin sinə dekoltesi və zərif görünüşünü saç düzümü də kölgəyə salıb.

Sevda Yahyayeva da zövqsüzlər sırasında daxil etmək olar. Müğənninin üzərində tanınmış stilist Anar Ağakişiyevin çalışdığı hiss olunub. Belə ki, Ağakişiyev eyni obrazı Nigar Camalın “Altın Kelebek” mükafat gecəsində yaratmışdı. Uzun çəkmə, bir tərəfi uzun mini libas Sevdada da təkrarlanıb. Tək fərq geyimin rəngindədir, obraz isə eynidir. Sənətçinin saç və makiyajını ideal hesab etmək olar. Ancaq onun üçün moda evində xüsusi hazırlanan 700 AZN-lik paltarı ürəkaçan deyil. Həmçinin o, xüsusi gecələrin tələb etdiyi zərif ayaqqabı ənənəsini pozub və məxməri çəkmələrlə obrazını tamamlayıb.

“Səs Azərbaycan” layihəsi ilə uğur qazanan, bir çox beynəlxalq müsabiqələrin laureatı olan Samirə Əfəndiyevanın yaşından böyük göründüyünü deyə bilərik. Gənc ifaçı gecəyə modelyer Gülnarə Xəlilova imzalı geyimlə qatılıb.  Samirə qara məxməri geyimini qara ayaqqabı, üstü tünd göy rəng qaşlarla bəzədilmiş çanta və parıltılı sırğalarla tamamlayıb. Ancaq bu obrazda Samirənin geyimi ilə bir qədər böyük olan çantası uyğunlaşmır.


Mükafat mərasimlərində tez-tez gördüyümüz Məleykə Əsədova ənənəvi obrazından əl çəkmir ki, çəkmir.  50 yaşlı aktrisa “Dolce Gabanna”markalı qısa geyiminə qarderobundakı başqa paltarının quyruğunu əlavə edərək xüsusi ab-hava yaratmaq istəyib. Əsədova qızılı rəngli kəmərini qızıl boyunbağısı və üzükləri ilə uyğunlaşdırıb.

Gecənin ən diqqətçəkən məşhurlarından biri Nura Suri olub.  Yeni qara saçları və makiyajı Nuraya çox yaraşıb.  Ancaq müğənninin çantası ilə açıq-saçıq geyimi uyğunlaşmayıb.  Bundan əlavə, onu qeyd edək ki, özəl olaraq sənətçi üçün hazırlanan geyimə bir neçə ildir ki, xanımlar daha çox müraciət edir.

Efirlərə az çıxan, tədbirlərdə çox görünməyən Xatirə İslam da mükafat tədbirində iştirak edib.  Xatirə moda evində onun üçün hazırlanan özəl geyimini “Yves saint laurent” markalı bahalı çantası ilə uyğunlaşdırıb. Saç və makiyajı uğurlu olan müğənninin 500 AZN-lik libasının ətəyinin uzunluğu da diqqətdən yayınmayıb.

Xalq artisti Nazpəri Dostəliyeva isə sadə geyimi ilə digər məşhurlardan fərqlənib. O, pencək və ayağı eynli şalvardan istifadə edərək tədbirdə bir pedaqoq obrazını yaradıb.

Xəzər TV-nin tanınmış siması, “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova da zövqsüzlər siyahısına aid etmək olar. Onun saç düzümü ilə köhnə dəbli geyimi uyğunlaşmayıb. Ayaqqabı, sırğaları ilə mavi-ağ rəngli paltarının bir-birinə ümumiyyətlə aidiyyatl yoxdur.


Mərasimdə fərqli görünən və diqqət çəkən digər məşhur əməkdar artist Tünzalə Ağayeva olub.  Müğənninin obrazı üzərində modelyer Gülnarə Xəlilova çalışıb.  Obrazında tək yanlışlıq düşünürük ki, çantasıdır. Bundan əlavə, Pencək-don modelli geyim əməkdar artisti bir qədər çəkili göstərib. Bu xırda qüsurları kənara atsaq, Ağayevanı zövqlü hesab etmək olar.

Qara yarı transparan və yarıqlı paltarı ilə fərqlənən gənc müğənni Səbinə Əsgərova olub.  İfaçı üzərinə kiçik bir sərvət daşıyır desək, yanılmarıq. O, məşhur italyan markası olan iki min manatlıq paltarı, 1500-lük ayaqqabısı və 5 min AZN-lik çantası ilə kameralara poza verib. Ancaq Səbinənin başındakı aksessuar ona çox da yaraşmayıb.  Həmçinin, onun çəkisin artırması diqqətdən yayınmayıb.

Düşünürəm ki, “Eurovision 2012”  mahnı müsabiqəsi ilə ulduzu parlayan Səbinə Babayeva gecədə ən zövqlü xanımdır. Onu heç vaxt belə zövqlü və ideal görmədiyimi qeyd edə bilərəm.Uzun qara libas, çanta və aksessuarlar, saç modeli Babayevanı fərqli və maraqlı bir obraz yaratmağına köməkçi olub.

Əlbəttə, gecədə xanımlarla yanaşı bəylərin geyimləri də müzakirələrə səbəb oldu. Qırmızı xalça üzərində olan gənc modellərin eyni geyinməsi maraqlı bir görüntünün lentə alınması ilə nəticələndi.

Bundan başqa, tədbir üçün özəl olaraq gətirilən gürcü müğənni Markus Metrevelli standart mükafalandırmaya geyinilən kostyumlardan yan keçib, dəri çalarlarının çox olduğu pencəyi, panaması və eynəyi ilə obrazını tamamlayıb.

Həmçinin, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da fərqlənən qonaqlar sırasındadır. Hər zaman xidməti formada gördüyümüz Əsədov bu dəfə tamam fərqli obrazda kameralara tuş gəlib.

Tanınmış məşqçi Ceyhun Vəliyev də geyimi ilə kişilər arasında seçilib.  O,“Armani Collezioni”dən olan 1200 manatlıq pencəyi, “Emporio Armani”dən olan 900 AZN-lik şalvarı ilə diqqət çəkib.

Xalq artisti Faiq Ağayev isə səliqəli geyimi, obrazına parlaqlıq qatdığı aksessuarları ilə qiddət çəkib. Onun pencəyindəki “F.A” nişanı isə diqqətdən yayınmayıb.

Bu məqamda bildirək ki, mərasimin aparıcısı Samir Bayramlı, layihənin rəhbəri Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

 











Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …